Elon Musk tarixin bəlkədə ən dəlisov insanlarından biridir. Dəlisov dediyimizə baxmayın ha, ona dahi olduğu üçün dəli deyirik. Axı keçmişdən indiyə bütün dahilərə dəli deyilib, niyə Elon Muska da deməyək? Bəs bu dəli kimi tanınan dahi bu ünvanı necə qazanıb? Təbii ki kitab oxumaqla. O kitablardan biri əlimizə keçdi və Banco.az kollektivi olaraq sizin yerinizə də oxuduq və təhlil etdik.
Öncə qürurla qeyd edirik ki, belə kitab əlimizə düşdüyü üçün özümüzü olduqca şanlı hiss edirik. Bizim də öhdəliyimizə düşən əsas vəzifə kitabı bu məqaləyə köçürmək yox, yazılan mənaların sizə başa salmaq olacaq.
Kitabı oxuduqda bir daha əmin olduq ki, Robert A. Heinlein tarixin ən təsirli elmi yazarlarından biridir. Elə vaxtında İsaac Asimov haqlı olaraq onun elmə yön vermiş üç əsas yazıçıdan biri olaraq adlandırır. Ən yaxşı roman istiqamətində dörd dəfə Hugo mükafatını qazanan bu yazarımız hələ də bu rekordu öz barmaqlarında daşıyır.
Bəs kitabın mövzusu nədir?
Ayı dünyadan idarə edən mərkəzin əleyhinə olaraq, yalnız məhkum və sürgün olunan insanların göndərildiyi həbsxanaya çevrilmiş ayın isyanıdır bu əsər. Lakin buna qarşı hərəkat yaratmış bir kompüter mühəndisi, gənc qadın və yaşlı akademik köləyə çevrilmiş insanların gələcəyini dəyişdirmək istəyir. Bunlara əlavə olaraq da əsərə yumor hissi qatmış süper kompüter Mike-ın cəhdləri də burada izah edilir.
Kitab haqqında müəyyən düşüncələrinizin olduğu qənaətindəyəm. Lakin Mike-ın yumor hissini o qədər də bəyənmədim. Cəhdləri yaxşıdı amma yenə də inkişaf etdirilməsi lazımdır.
Yaxşı, bəs Elon Musk bu kitabda nə tapmışdı?
Təbii ki özünü tapmışdı, kitabda bəhs edilən akademik Elon Muska çox bənzəyir. Hətta arabir ona professor deyərək də müraciət edilir. Əgər Elon Muskın marketinq və razı salma bacarığını akademiklə müqyisə etsəydik, ikisidə bir almanın iki yarısıdır.