Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 6%-ə yaxın artıb | Banco.az

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 6%-ə yaxın artıb

Bu il avqustun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,4 % artaraq 888 320 təşkil edib.

Banco.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Yanvar-iyul ayları ərzində ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 5,8 % artaraq 61 805 olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 4,5 % artımla 242 263 təşkil edib.