İnvestisiya bankçılığı nədir? | Banco.az

İnvestisiya bankçılığı nədir?

İnvestisiya bankçılığı nədir?

İnvestment banking -  hər hansı bir bankın digər bir şirkət, dövlət və ya digər qurumlar üçün kapital yaradılması ilə məşğul olan xüsusi departamentidir. İnvestiya bankları müxtəlif növ şirkətlər üçün borc cəlb edilməsində və ya qiymətli kağızlar emissiyasında yardımçı olur, qiymətli kağızların alqı-satqısında köməlik edir, kompaniyaların birləşməsi, udulması və yenidən qurulması işlərini gerçəkləşdirməyə kömək edir, həm institutlar, həm də şəxsi investorlara broker xidmətləri təklif edir. İnvestisiya bankları həmçinin emitentlər üçün səhmlərin yerləşdirilməsi ilə bağlı konsaltinq və bələdçilik xidmətləri həyata keçirir.  

Hələ 1930-cu ildə ABŞ bankları böyük depressiya illəri səbəbindən kommersiya və investisiya banklarına bölünmüşdü. Lakin 1999-cu ildə Glass Steagall qanunu ləğv edildi və komersiya bankları yenidən investisiya xidmətləri ilə məşğul olmaq hüququ əldə etdi.  2007-2009-cu illərdən sonra isə bu məsələ yenidən gündəmə gəldi və Böyük Britaniya, o cümlədən ABŞ yenidən investisiya bankçılığının kommersiya bankçılığından ayrılması məsələsini müzakirə edir.

Bir çox investisiya bankları ya iri bank müəssisələrinin tərəfdaşları, ya da ixtisaslaşmış törəmələridir və zaman keçdikcə məşhurluq qazanmışlar. Onlardan ən iriləri Goldman Sachs, Morgan Stanley, JPMorgan Chase, Bank Of America, Merrill Lynch və Deutsche Bank banklarıdır. Ümumilikdə götürdükdə, investisiya bankları geniş, mürəkkəb maliyyə əməliyyatlarında iştirak edirlər. Bu konsaltinq əməliyyatlarından tutmuş, investisiya bankının müştərilərinə birləşmə, udulma və treyding (ticarət) əməliyyatlarında yardımı da əhatə edir. Həmçinin vəsait cəlb etmək məqsədi ilə qiymətli kağızlar emissiyasını, o cümlədən şirkətin İPO keçirməsi üçün lazım olan sənədləşmə işini və ya müvafiq komissiya xərclərinin müəyyən edilməsini həyata keçirir.

İnvestisiya banklarının əməkdaşları (investisiya bankirləri), korporasiyalara, hökumətlərə və digər qrumlara iri layihələri planlaşdırmağa və idarə etməyə kömək edir, bu zaman onların vaxtına və puluna qənaət edərək, müştəriyə irəliyə doğru addım atmazdan öncə layihə ilə bağlı riskləri müəyyən etməyə imkan verir. Nəzəri baxımdan,  investisiya bankirləri öz sahələrində mütəxəssis olmalı və daima əllərini cari investisiya mühitinin nəbzi üzərində saxlamalıdır. Buna görə də biznes sahibləri və institutlar öz inkişaflarını necə daha yaxşı planlaşdırmaq üçün investisiya banklarına üz tuturlar, belə ki, bankirlər cari situasiyaya uyğun ən gözəl strategiyaları tərtib etmək gücündədirlər.   

Əsas etibarı ilə, investisiya bankları şirkətlər və investorlar arasında vasitəçi kimi çıxış edirlər, bu o zaman baş verir ki, şirkət investisiya cəlb etmək üçün səhm və ya istiqraz emissiya edir. İnvestiya bankları bu prosessdə maliyyə alətlərinin qiymətləndirilməsində iştirak edir ki, gəlirləri maksimallaşdırır və qanunvericilik tələblərini araşdırır. Adətən kompaniya İPO keçirəndə (ilk dəfə açıq bazara daxil olanda), investisiya bankı ilkin yerləşdirilən səhmlərin ya əksəriyyətini ya da tamamını bir başa olaraq şirkətdən alır. Bunun nəticəsi olaraq, şirkətin səhmlərini almış investisiya bankı server qismində səhmlərin alqı-satqısını bazarda həyata keçirəcəkdir. Bu İPO keçirən şirkət üçün işləri asanlaşdırır, belə ki, onlar səhmlərini müvafiq qiymətə investisiya bankına satırlar.

Lakin investisya bankı da bu sövdədən qazanmaq niyyətindədir, ona görə səhmləri elə qiymətləndirməlidir ki, sonradan onların bazarda yerləşdirilməsi zamanı qiymət daha da yüksəlsin və bankın alqı-satqı nəticəsində gəlirləri yaransın. Beləkliklə bu sövdə zamanı investisiya bankı öz üzərinə əhəmiyyətli dərəcədə risk götürmüş olur, çünki səhmlərin qiymətinin bazar tərəfindən gözləniləndən daha aşağı qiymətləndirilməsi ehtimalı da vardır. Ona görə də təcrübəli investisiya bankının maliyyəçisi öz səriştəsinə söykənərək, səhmi bacardığı qədər yaxşı qiymətləndirməyə çalışır, çünki əgər onlar səhmi olduğundan artıq qiymətləndirmiş olsalar, investisiya bankı itkilər ilə üzləşmiş olacaq. Yəni onların sonrakı qazancı ilkin ödədikləri məbləğdən az olacaq.

Nümunə

Təsəvvür edək ki, Pete’s Paints Co rəsm və digər hardware təchizatı ilə məşğul olan şəbəkədir və şirkət İPO etmək istəyir, yəni səhmlərini açıq bazarda yerləşdirmək qərarındadır. Şirkətin sahibi Pete, böyük investisiya firması üçün işləyən investisiya bankri Jose ilə əlaqə qurur. Pete və Jose (firmanı təmsil edən şəxs qismində), qarşılıqlı razılaşmaya gələrək sövdəyə imza atırlar, sövdəyə əsasən Jose Pete’s Paints kompaniyasının 100 000 səhmini hər birini 24 dollardan almağı öhdəsinə götürür. İnvestisiya bankının əməkdaşları diqqətli və hərtərəfli təhlildən sonra bu qiymətin üstündə dayanıblar. Lazımı sənədləşmə işlərini gerçəkləşdirdikdən sonra investisiya bankı səhmlərin hər birini 26 dollardan satışa çıxarır. Lakin bank yalnız səhmlərin 20%-ni qeyd edilən qiymətə sata bilir, bundan sonra səhmlərin satışını davam etdirmək üçün bank səhmlərin qiymətini 23 dollara salmaq məcburiyyətində qalır. Pete’s Paints şirkəti ilə həyata keçirdiyi İPO sövdələşməsinə görə investisiya bankı $2.36 milyon dollar [(20,000 x $26) + (80,000 x $23) = $520,000 + $1,840,000 = $2,360,000] qazanmış olur, başqa sözlə desək Josenin işlədiyi firma bu sövdəyə görə $40,000 dollar itirir, çünki onlar səhmi olduğundan daha yüksək qiymətləndiriblər.

Investisiya bankları adətən İPO layihələrinin keçirilməsi üçün bir-biri ilə rəqabət aparır, bu da onların açıq bazara çıxacaq şirkətə təklif etdiyi qiymətlərə təsir edir. Onlar sövdəni əldə etmək üçün bəzən səhmlərə daha yüksək qiymət təklif etməli olurlar, rəqabət daha sərt olduqda isə bu aşağı həlqə banklarına daha böyük zərbə vurmuş olur. Bəzən şirkətlər İPO keçirmək üçün bir deyil, bir neçə investisiya bankı ilə razılığa gəlir, bu bankların gəlirlərini əhəmiyyətli dərəcədə aşağı salsa da, onların hər birinin daşıdığı riskləri də azaldır.  

Ən sərfəli kredit üçün müraciət et

M&A nədir?  Birləşmə və udulma (satınalmalar)

M & A (Merger and Acquisitions) ingilis dilindən daxil olma bir termindir və əsasən iki komapniyanın konsolidasiyasını, yəni birləşməsini nəzərdə tutur. Merger iki kompaniyanın bir yeni kompaniya yaratmaq üçün birləşməsi anlamına gəldiyi halda, Acquisition bir kompaniyanın digər bir kompaniyanı satın almasını nəzərdə tutur və bu zaman heç bir yeni şirkət yaranmır.

Məsələn, Unibank 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının -  MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində yaranmışdır.

Inkişaf etmiş maliyyə bazarına malik olan ölkədə birləşmə və udulmalar, investisiya bankı üçün əksər hallarda əsas gəlir mənbələrindən biri rolunu oynayır. Əksər Azərbaycan müəssisələri və maliyyə qrupları hələ ki, bu inkişaf mərhələsinə daxil olmayıb, lakin yaxın gələcəkdə investisiya bankarının birləşmə və satınalma xidmətinə tələbatının yaranacağını gözləmək olar. Artıq neçə müddətdir ki, ekspertlər Azərbaycan bank bazarında da yaxın bir neçə ildə ən azı bir neçə bankın birləşəcəyini və iri banklar tərəfindən kiçik bankların alınacağı proqnozunu verirlər. Udulma və birləşmələr  zamanı investisiya bankının təklif etdiyi xidmətlərə aşağıdakılar daxil ola bilər:

  • Biznesi restrukturlaşdırma zamanı ən optimal variantın müəyyən edilməsi üçün konsaltinq fəaliyyəti
  • Birləşmə və satınalamaları gerçəkləşdirmək üçün maliyyə resurslarının cəlb edilməsi
  • Müştərinin sifarişi əsasında bazarda iri səhm paketlərinin alınması və ya satışı
  • Müəyyən bir kompaniyanın restrukturizasiyası və onun ayrıca hissələrinin satışı
  • Müştərinin satınalmalardan qorumaqğı üçün effektiv müdafiə sisteminin təşkili (udulmalardan qorunma)

Bəzi investisiya bankları:

Barclays: Məşhur Britaniya bankı öz gəlirlərinin əksər hissəsini beynəlxalq maliyyə sahəsində qazanır. Bank digərləri ilə müqayisədə 2008-2009-cu il böhranını elə də ağır keçirmədi və ictimai şəkildə Britaniya hökumətinin köməyindən imtina etdiyini bildirdi.

Deutsche Bank: Necə ki, Barclays, sözügedən alman bankı da öz nəhəng pərakəndə bölməsini sıfırdan yaratdı, bankın baş qərargahı Frankfurtda olsa belə, əsas güc və gəlir mənbəyi Londondur.

UBS: İsveçrə bankı olsa da, 1990-cı illərdə anqlo-amerikan investisiya kompaniyaları olan Warburg və Dillon Read tərəfindən alınıb. Maliyyə böhranı zamanı dəhşətli itkilərlə üzləşmiş və bu səbəbdən İsveçrə hökuməti qarşısında hesabat vermək məcburiyyətində qalmışdır. 

Credit Suisse: UBS-in ən başlıca rəqiblərindən biri, 2008-ci il hadisələrində bankın nüfuzu ciddi zədələnmiş, reputasiyası isə ləkələnmişdi, amma yekunda böhranın, bankı daha da möhkəmlətdiyini deyə bilərik. 

JP Morgan: Amerikan brokerliyinin “mavi qanı”. Kredit bumu dövlərində Chase Manhattan pərakəndə bankı tərəfindən alınıb: maliyyə böhranını və onun siyası nəticələrini əksər bazar iştirakçılarından daha yaxşı keçirib..

 Bank of America: bu iri kommersiya bankıdır ki, maliyyə böhranı zamanı Merrill Lynch-in köməyinə çatıb, lakin sövdənin gedişində Merrill Lynch-in itkilərinin miqyası mübahisələrə səbəb olub, informasiya yalnız sövdə bağlandıqdan sonra işığa çıxarılıb.

Citigroup: universal banka çevrildikdən sonra, 2008-ci ildə iflasdan qurtulmaq üçün, amerikan nəhənginin köməyə ehtiyacı oldu. Bu zaman bankın həddindən artıq böyüklüyü və idarəetmənin çətinliyi ciddi tənqidlərə məruz qaldı. 

Goldman Sachs: əksər hallarda ən ağıllı investisiya bankı adlandırılır.

Morgan Stanley: Goldman Sachs kimi xalis investisiya banklarıdır, amma tədricən hər ikisi ənənəvi bank holdinqlərinə çevrilirlər ki, lazım olduqda ABŞ hökumətindən yardım ala bilsinlər.