5 başlıqda ötən həftənin gündəm xəbərləri | Banco.az

5 başlıqda ötən həftənin gündəm xəbərləri

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftə dünya iqtisadiyyatında faiz dərəcəsi qərarları, Fed-in açıqlamaları və Trampın diplomatik addımları ön plana çıxıb.

Banco.az ötən həftənin gündəm xəbərlərini təqdim edir.

Çin qızıl satışlarında tətbiq olunan vergi güzəştini ləğv etdi

Çin qızıl satışlarını hədəf almış uzun müddətdir qüvvədə olan vergi güzəştini aradan qaldırıb.

ABŞ hökuməti gümüş və misi kritik minerallar siyahısına əlavə etdi

ABŞ hökuməti gümüş, mis, potaş, silikon, renium, qurğuşun, uran, metallurgiya kömürü, bor və fosfatı kritik minerallar siyahısına daxil edib.

FED: Siyasi qeyri-müəyyənlik maliyyə sabitliyinə yönəlik risklərin başında gəlir

ABŞ Mərkəzi Bankı (FED) bildirib ki, siyasi qeyri-müəyyənlik maliyyə sabitliyinə ən böyük risklərdən biri kimi qiymətləndirilir.

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxladı

İngiltərə Mərkəzi Bankı (BoE) bazar gözləntilərinə uyğun olaraq uçot dərəcəsini 4 faiz səviyyəsində sabit saxlayıb.

Oktyabr ayında Türkiyədə aylıq inflyasiya 2,55%, illik inflyasiya isə 32,87% oldu

Türkiyə Statistika Təşkilatı (TÜİK) oktyabr ayına dair istehlakçı və istehsalçı qiymət indekslərini açıqlayıb. Məlumatlar göstərir ki, oktyabr ayında inflyasiya proqnozlardan geri qalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram