Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, amerikalılar gömrük rüsumları vasitəsilə əldə edilən gəlirlərdən adambaşına ən azı 2000 dollar alacaqlar.
Banco.az xəbər verir ki, Tramp sosial media hesabındakı paylaşımında bildirib ki, yüksək gəlirli şəxslər istisna olmaqla, hər kəsə adambaşına ən azı 2000 dollar dividend ödəniləcək.
ABŞ mediasının məlumatına görə, bu təşəbbüsün həyata keçirilməsi üçün Konqresin icazəsi tələb olunur.
Digər tərəfdən, ABŞ Maliyyə Naziri Scott Bessent açıqlamasında bildirib ki, sözügedən ödənişin nağd şəkildə verilməsi zəruri deyil və vətəndaşların xeyrinə vergi endirimləri və ya digər tətbiqlər vasitəsilə həyata keçirilə bilər.
Tramp gömrük rüsumlarından əhəmiyyətli əlavə gəlir əldə etdiklərini vurğulayaraq, bu gəlirin bir hissəsinin birbaşa amerikalılara yönəldiləcəyini qeyd edib.
