ABŞ hökuməti yenidən açılmaq üzrədir | Banco.az

ABŞ hökuməti yenidən açılmaq üzrədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Senatında Demokratlar və Respublikaçılar hökumətin 40 gün bağlı qalmasından sonra onun yenidən açılmasına yönəlmiş müvəqqəti büdcə məsələsində razılığa gəliblər.

Banco.az xəbər verir ki, ABŞ Senatındakı bəzi mülayim Demokratlar müvəqqəti büdcə layihəsinə “lehinə” səsi verəcəklərini bəyan ediblər.

Yerli vaxtla bazar axşamı toplanacaq ABŞ Senatında keçiriləcək səsvermədə hökumətin yanvar ayının sonuna qədər maliyyələşdirilməsini təmin edəcək müvəqqəti büdcənin qəbul ediləcəyi gözlənilir.

Əgər sözügedən səsvermə Senatda qəbul olunarsa, müvəqqəti büdcə qanun layihəsi ABŞ Nümayəndələr Palatasında müzakirə ediləcək və oradan da keçərsə, Ağ Evə göndəriləcək.

ABŞ Prezidenti Donald Trampın həmin layihəni imzalaması ilə hökumətin yenidən fəaliyyətə başlaması gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram