Almaniyanın xarici ticarət kəsiri 11 ayın ən aşağı səviyyəsinə düşüb | Banco.az

Almaniyanın xarici ticarət kəsiri 11 ayın ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya Statistika İdarəsi (Destatis) sentyabr ayına dair xarici ticarət göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, məlumata əsasən, Almaniyada mövsümi və təqvim təsirlərindən təmizlənmiş ixrac aylıq müqayisədə 1,4 faiz artaraq 131,1 milyard avroya çatıb. İxrac keçən ilin eyni ayı ilə müqayisədə isə 2 faiz artıb.

Mövsümi və təqvim təsirlərindən təmizlənmiş idxal isə aylıq müqayisədə 3,1 faiz artaraq 115,9 milyard avroya yüksəlib. Keçən ilin eyni dövrü ilə müqayisədə artım 4,8 faiz səviyyəsində olub.

Bloomberg sorğusunda iştirak edən iqtisadçıların orta gözləntisi həm ixracın, həm də idxalın 0,5 faiz artacağı istiqamətində idi.

Bütün göstəricilər nəzərə alındıqda sentyabr ayında Almaniyanın xarici ticarət artıqlığı 15,3 milyard avro təşkil edib və bu göstərici 2024-cü ilin oktyabrından bəri ən aşağı səviyyəyə enib. Bazar gözləntilərinə görə isə xarici ticarət artıqlığının 16,9 milyard avro olacağı proqnozlaşdırılırdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram