Maaşın artırılmasını istəmək işləyən hər kəsin haqqıdır. Ancaq yaşanan maliyyə böhranları bu istəyi gerçəkləşdirməyi bir az çətinləşdirir.
Bəs nə etmək lazımdır?
- Maaş artımı istəyirsinizsə, ilk öncə sizinlə eyni işi görən başqa şəxslərin nə qədər maaş aldıqlarını öyrənin.
- “Maaşımın artırılmasını istəyirəm” deyə, sözə birdən-birə başlamayın. Söhbətə fəaliyyətiniz, şirkətə verdiyiniz faydalardan danışmaqla başlaya bilərsiz.
- Uğurlarınızdan danışarkən özünüzü tərifləməklə müdirinizi bezdirməyin. Çünki nəticədə, o, sizin maaş artımı istəyinizə “yox” deyə bilər.
- Əgər “yox” desə, təslim olmayın və maaşınızın artırılması üçün nə etməli olduğunuzu soruşub öyrənin və onu etməyə çalışın.
- Əgər istədiyinizi əldə etməsəniz müdirinizi şirkətdən getməklə təhdid etməyin. “Sizin kimi başqa işçi yoxdur” deyə düşünməyin.
- Maaşınızda artım olmursa, qonorar almağa və növbəti dəfə müdirinizi borclu çıxarmağa çalışın.
Bunları hökmən edin!
- Bəzi şirkətlər maaşlarla bağlı tez-tez yoxlamalar keçirir. Əgər maaşınız digər işçilərin maaşından azdırsa, müdirinizdən sizin də maaşınıza nəzər yetirməsini xahiş edin.
- Oturub düşünməkdənsə, fəaliyyətinizdə yeni uğurlar əldə etməyə çalışın.
- Maaşda artım istəməzdən əvvəl sizə tapşırılan bütün işləri bitirdiyinizə əmin olun.
- Gördüyünüz işə diqqət edin. Müdirlər mükkəmməl iş görənlərin maaşını artırır və əgər sizin kimi bir işçi tapmaqda çətinlik çəkəcəyini düşünsə, o zaman daha anlayışlı olacaq.
Bunları isə qətiyyən etməyin!
- Pozitiv olun. Mızmızlıq etməyin. Şikayətləriniz varsa mədəni şəkildə bildirin.
- Mübahisəni sizin işiniz və şirkətə qazandırdığınız dəyər üzərində edin. Şəxsi maliyyə problemlərinizi artım üçün əsas səbəb hesab etməyin.
- Uzun müddət şirkətdə olmağınızı maaş artımı üçün əsas hesab etməyin. Bəzən az işləyənlər daha yüksək performans göstərə bilərlər.
- Müdir hər zaman bu kimi istəklərə qarşı hazırlıqlı olur. Maaş artımı istəyiniz qarşılığında "şirkətimizin şərtləri budur", "büdcəmiz yoxdur", "sən hələ yeni işçisən" kimi cümlələr eşidəcəksiniz. Müdir qarşısına çıxarkən bunlara hazır olun.
- İlk öncə maaş artımına niyə layiq olduğunuzu özünüzdən soruşun. Fəalliyyətinizmi, daha çox müştərimi, nələr müdirin diqqətini çəkə bilər deyə düşünün.
- Yanlış vaxtlarda müdirə müraciət etməyin. Şirkətin ziyan etdiyi bir vaxtda, gərgin iş toplantısından sonra müdir yanına maaş artımı tələbi ilə getməyin.
- Müdirinizin qarşısında əzik durmayın. Etdiyiniz işin dəyərini anladığınızı hiss etdirin. Özgüvəninizi göstərin, amma çox da həddinizi aşmayın.
- "Yox" cavabı alsanız, ruhdan düşməyin.
- Müdiri heç vaxt şantaj etməyin. “Başqa bir şirkətdən iş təklifi almışam, orada bu qədər maaş verilir" kimi cümlələr qurmağınız əlinizdə olan işinizi də itirməyinizə səbəb olacaq.