İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin mobil tətbiqində yeni modullar yaradılacaq.
Bununla bağlı qurum hazırlıqlara başlayıb.
Məlumata görə, təkmilləşdirmə işləri çərçivəsində çekin verilməməsi və yaxud nağdsız əməliyyat zamanı vətəndaşların şikayət/müraciət təqdim etməsi üçün xidmət (mövcud funksionallığın təkmilləşdirilməsi), ƏDV-nin qaytarılması üçün vahid kabinet (API Layer vasitəsilə), nəzarət kassa aparatı qeydiyyatı ərizəsinin ödəyici tərəfindən təsdiqi, ölkədən çıxışın bloklanmasının yoxlanması, elektron alış aktı, şəxsi hesab vərəqəsi (sadə interfeys) kimi yeniliklər nəzərdə tutulur.
