Avtomobillərin icbari sığortası üzrə yığımlar 111 mln. manatı ötüb | Banco.az

Avtomobillərin icbari sığortası üzrə yığımlar 111 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-avqust aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 111 mln. 487 min manat olub. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 865 min manat və ya 3.6% artıb. 

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə 2023-cü ilin eyni dövrünə nisbətən 24.5% və ya 15 milyon 879 min manat artaraq 80 mln. 649 min manata yüksəlib. 

Qeyd edək ki, ötən ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımların məbləği 107 mln. 622 min manat, ödənişlərin məbləği isə 64 milyon 770 min manat olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram