Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada fabrik və zavod sifarişləri azalma gözlənildiyi halda artım göstərib.
Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, ölkədə fabrik-zavod sifarişləri sentyabr ayında aylıq 0,2 faiz artıb.
“Bloomberg” sorğusunda iştirak edən iqtisadçılar 1,5 faiz azalma gözləyirdilər.
Beləliklə, sifarişlər 2 ay ardıcıl olaraq artım göstərib. Xarici fabrik sifarişlərindəki 4,2 faiz artım ümumi sifariş həcminin proqnozları keçməyində rol oynayıb.
Sifarişlərin illik əsasda isə 3 faiz azalacağı gözlənildiyi halda, gözləniləndən daha çox - 4,3 faiz azalıb.
Qeyd edək ki, Almaniya iqtisadiyyatı ilin üçüncü rübündə 0,1 faiz daralıb. Analitiklər iqtisadiyyatın son rübdə yenidən 0,1 faiz daralacağını gözləyirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!