Avropa Mərkəzi Bankının faiz həddini artıracağı gündəmdə qalmağa davam edir | Banco.az

Avropa Mərkəzi Bankının faiz həddini artıracağı gündəmdə qalmağa davam edir

Müəllif - Aida İsaq, Banco.az

Avropa Mərkəzi Bankı (AMB) davam edən yüksək inflyasiya fonunda yenidən avro zonasında əsas faiz dərəcələrini artırmaq niyyətindədir.

Banco.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. Apreldə avrozonada inflyasiya həddi martda qeydə alınan 6,9%-dən 7%-ə yüksəlib. Eyni zamanda, ərzaq və enerji məhsulları istisna olmaqla istehlak qiymətlərinin artımı illik müqayisədə mart ayında 5,7%-dən 5,6%-ə qədər azalıb.

Qeyd edək ki, mart ayında AMB hər üç əsas faiz dərəcəsini 50 baza bəndi artırıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram