Bu ölkədə şirkətlərin əksəriyyəti cari ildə maaşları artırmaq niyyətindədir | Banco.az

Bu ölkədə şirkətlərin əksəriyyəti cari ildə maaşları artırmaq niyyətindədir

Müəllif - Aida İsaq, Banco.az

Rusiyada işəgötürənlərin 80%-i 2023-cü ildə işçilərinin maaşlarını artırmaq niyyətindədir.

Banco.az xəbər verir ki, aparılan araşdırmanın nəticələrinə əsasən məlum olub ki, bir çox şirkətlər əmək haqqı fondunda əhəmiyyətli artıma hazırdırlar. Respondentlərin 48%-i indeksasiya çərçivəsində bütün işçilərin maaşlarını artırmağı planlaşdırır. 7%-i yalnız mütəxəssislər üçün, 1%-i yalnız rəhbərlik üçün maaş artımı etməyi düşünür. İşəgötürənlərin sadəcə 8%-i maaşları artırmaq fikrində olmadığını, 12%-i isə hələlik qərar qəbul etmədiyini bildirib.

Araşdırmaya 1000-dən çox biznes sahibi, rəhbər işçilər və HR mütəxəssisi cəlb olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et