Türk Hava Yolları ötən ili 2,7 milyard dollar xalis mənfəətlə başa vurub | Banco.az

Türk Hava Yolları ötən ili 2,7 milyard dollar xalis mənfəətlə başa vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türk Hava Yolları (THY) 2022-ci ildə 2,7 milyard dollar xalis mənfəət əldə edib.

Banco.az xəbər verir ki, Türk Hava Yolları şirkəti ötən il üzrə maliyyə göstəricilərini açıqlayıb.

Buna görə, şirkət 2022-ci ili 2,7 milyard dollar xalis mənfəətlə başa vurub. Ötən ilin son rübü ilə birlikdə THY ardıcıl altıncı rübdə də xalis mənfəət əldə etmiş olub.

Şirkətin 2022-ci il üzrə ümumi gəlirləri isə 2019-cu ilki göstəricini 39 faiz üstələyərək 18,4 milyard dollarlıq tarixi maksimuma çatıb. Ümumi gəlirin 20 faizini təşkil edən yük gəlirləri 2019-cu illə müqayisədə 120 faiz artaraq təxminən 3,7 milyard dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Türk Hava Yolları 2022-ci ildə 394 təyyarə ilə ümumilikdə 72 milyon sərnişin daşıyıb, doluluq nisbəti daxili reyslər 85,8 faiz, beynəlxalq reyslərdə isə 80,1 faiz hesablanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et