Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropada həddindən artıq istilər struktur iqtisadi riskə çevrilə bilər.
Banco.az xəbər verir ki, Avropa üzrə və qitənin ən böyük iqtisadiyyatı olan Almaniyada müşahidə edilən kəskin isti hava dalğaları iqtisadi göstəricilər üzərində təzyiqi artırır.
İqtisadçılar və beynəlxalq təşkilatlar xəbərdarlıq edirlər ki, qlobal istiləşmə səbəbindən daha tez-tez baş verən isti hava dalğaları artıq müvəqqəti hadisə olmaqdan çıxaraq investisiyaları və istehsalı təhdid edən struktur makroiqtisadi risk amilinə çevrilib.
“ING”in Qlobal Makro Araşdırmalar üzrə rəhbəri və Almaniya üzrə baş iqtisadçısı Karsten Bjeski mövzu ilə bağlı təhlilində bildirib ki, Avropa üzrə rekord səviyyəyə çatan isti hava dalğaları səssiz şəkildə sadə meteoroloji hadisə olmaqdan çıxaraq struktur makroiqtisadi dəyişənə çevrilib.
Qitə iqtisadiyyatını sarsıdan mövcud vəziyyətin COVID-19 pandemiyası dövründə tətbiq edilən karantin məhdudiyyətlərini xatırlatdığını qeyd edən Karsten Bjeski boşalan küçələrin, bağlanan məktəblərin, fəaliyyətində fasilələr yaranan dəmir yollarının və Fransada soyutma suyu çatışmazlığı səbəbindən dayandırılan nüvə reaktorlarının yalnız insan sağlamlığına deyil, həm də Avropa iqtisadiyyatına uzunmüddətli təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.
Karsten Bjeski bildirib: “Termometrlər iqtisadiyyatda aparıcı göstəriciyə çevrilib. Mövcud temperatur səviyyələri Avropa iqtisadiyyatı üçün aşağı istiqamətli yeni risk yaradır.”
Bizi sosial şəbəkələrdən izləyin!!
