Avrozonada kompozit PMI üç ayın ən yüksək səviyyəsinə çatıb | Banco.az

Avrozonada kompozit PMI üç ayın ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada kompozit PMI üç ayın ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, “S&P Global” Avrozonanın iyun ayına dair Satınalma Menecerləri İndeksi (PMI) göstəricilərini açıqlayıb.

Məlumatlara əsasən, may ayında 48,5 səviyyəsində olan Avrozona üzrə birləşdirilmiş PMI iyunda 50-yə yüksəlib. Bununla da Avrozonada birləşdirilmiş PMI son üç ayın ən yüksək səviyyəsinə çatıb.

Avrozonada xidmət sektoru üzrə PMI də may ayında qeydə alınan 47,7 səviyyəsindən iyunda 49,4-ə yüksəlib.

Bazar iştirakçıları iyun ayında birləşdirilmiş PMI-nin 49,5, xidmət sektoru üzrə PMI-nin isə 48,9 olacağını proqnozlaşdırırdı. Açıqlanan göstəricilərin gözləntiləri üstələməsi diqqət çəkib.

Məlumatlar göstərir ki, Avrozonada iyun ayında inflyasiya tempini zəiflədib və istehsal fəaliyyəti sabitləşmə meyli nümayiş etdirib.

PMI göstəricisində 50 və daha yüksək dəyərlər sektorda genişlənməyə, 50-dən aşağı göstəricilər isə daralmaya işarə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram