Laqard prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib | Banco.az

Laqard prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Laqard prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.

Banco.az xəbər verir ki, “Les Echos” qəzetinə verdiyi müsahibədə Kristin Laqard qeyri-müəyyənliyin azalacağı təqdirdə bunun bir seçim olub-olmaması ilə bağlı suala cavab olaraq, “Bu mümkündür” deyib. O, həmçinin bildirib: “Düşünürəm ki, Fransa prezidentliyi ilə bağlı müzakirələrdə Avropanın səsi də eşidilməlidir”.

Eyni müsahibədə Kristin Laqard daha əvvəl səsləndirdiyi fikirlərini təkrarlayaraq qeyd edib: “Yenidən çətin və qeyri-sabit bir dövrdən keçdiyimiz üçün hesab edirəm ki, Avropa Mərkəzi Bankı (ECB) gəmisinin kapitanı öz yerində qalmalıdır”. Kristin Laqard daha əvvəl Fransa prezidentliyi vəzifəsini “dəhşətli bir iş” kimi qiymətləndirsə də, onun adı dəfələrlə milli siyasətlə əlaqələndirilib.

Səlahiyyət müddəti 2027-ci ilin oktyabr ayında başa çatacaq Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard “Les Echos” qəzetinə bildirib ki, qarşıdakı aylarda bəzi fransız namizədlərlə səmimi görüşlər keçirməsi “tamamilə mümkündür”.

Kristin Laqard əlavə edib: “Əgər bu müzakirələr Fransanın Avropa daxilindəki mövqeyinə dair daha məhdud bir baxış ortaya qoyarsa, bunun ölkəmiz və vətəndaşlarımız üçün niyə ağrılı nəticələrə səbəb ola biləcəyini izah etmək lazım gələcək”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram