Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ 190 milyard avroluq birgə müdafiə təşəbbüsünə başlayır.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) artan təhlükəsizlik təhdidlərinə qarşı müdafiə imkanlarını gücləndirmək məqsədilə pilotsuz uçuş aparatları (PUA), hava və raketdən müdafiə, kosmos, dəniz təhlükəsizliyi və şərq sərhədlərinin qorunmasını əhatə edən beş böyük birgə müdafiə layihəsini həyata keçirməyə hazırlaşır.
Avropa Komissiyası üzv ölkələrin əsas hərbi sistemləri birgə inkişaf etdirməsi yolu ilə müdafiə potensialını artırmağı hədəfləyən “Avropa Müştərək Maraqları Müdafiə Layihələri (EDPCI)” çərçivəsində beş yeni iri miqyaslı layihə təklif etdiyini açıqlayıb.
Açıqlamada bildirilib ki, layihələr beş prioritet istiqaməti əhatə edir: PUA və PUA əleyhinə sistemlər, dəniz və dəniz dibi təhlükəsizliyi, kosmos, hava və raketdən müdafiə, həmçinin Aİ-nin şərq sərhədinin təhlükəsizliyinin gücləndirilməsi.
Qeyd olunub ki, layihələr ayrı-ayrı ölkələr üçün hazırlanması bahalı və mürəkkəb olan strateji hərbi sistemlərin birgə istehsalına imkan yaradacaq. Uzunmüddətli əməkdaşlıq vasitəsilə Avropa müdafiə sənayesinin gücləndirilməsi, istehsal potensialının artırılması və Aİ-nin ümumi təhlükəsizlik təhdidlərinə qarşı daha hazırlıqlı vəziyyətə gətirilməsi hədəflənir.
Bizi sosial şəbəkələrdən izləyin!!
