Rabitəbankın Audit Komitəsinin sədri vəzifəsinə Rəşad Abasov təyin olunub!
Rəşad Abasov 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında İqtisadiyyat və idarəetmə istiqaməti üzrə fərqlənmə diplomu ilə bakalavr dərəcəsi, 2002-ci ildə isə həmin istiqamət üzrə fərqlənmə diplomu ilə magistr dərəcəsi almışdır.
2002-2004-cü illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Maliyyə-Kredit fakultəsini bitimişdir.
2004-cü ildən karyerasına Rabitəbank ASC-nin Daxili Audit departamentində auditor olaraq davam etmiş, 2008-ci ildən isə həmin departamentin direktoru vəzifəsində çalışmışdır.
Rəşad Abasov 2018-ci ilin aprel ayından etibarən Bankın Audit Komitəsinin Sədri vəzifəsinə təyin edilmişdir.