Xarici valyutada kredit götürüb və artıq öhdəliyini ödəyən vətəndaşlar üçün bu halda hansı güzəştlər tətbiq edilə bilər? Bu barədə ekspert Vüqar Bayramovun qeydləri.
Devalvasiya baş verən vaxtdan, 3 ildən çox zaman keçdiyi üçün bu müddətdə borc öhdəliklərini artıq yerinə yetirmiş vətəndaşlarımız üçün digər stimullaşdırıcı tədbirlər tətbiq edilər bilər. Məsələn, onlar yenidən kreditə müraciət edən zaman, daha aşağı faizli borc əldə etmək hüququ qazana bilərlər. Sözügedən vətəndaşlar üçün təşviq mexanizmlərinin işlənib hazırlanması mümkündür.