Qəhvə nəhəngi 250 filialını bağlayır | Banco.az

Qəhvə nəhəngi 250 filialını bağlayır

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın məşhur qəhvə şəbəkəsi "Starbucks" Şimali Amerikadakı mağaza şəbəkəsinin yenidən qurulması çərçivəsində təxminən 250 filialını bağlayacağını açıqlayıb.

Banco.az xəbər verir ki, şirkətin baş əməliyyat direktoru Mayk Qrams bildirib ki, "Starbucks" Şimali Amerikadakı mağazalarının fəaliyyətini hərtərəfli qiymətləndirib.

Araşdırma nəticəsində bəzi filiallarda müştərilərə və əməkdaşlara şirkətin gözləntilərinə uyğun xidmət göstərməyin, eləcə də qənaətbəxş maliyyə nəticələrinə nail olmağın mümkün olmadığı müəyyən edilib.

Bu səbəbdən təxminən 250 mağazanın bu həftə bağlanacağı açıqlanıb. Bağlanacaq filialların sayı Starbucks-ın Şimali Amerikada fəaliyyət göstərən 18 mindən çox mağazasının təxminən 1 faizinə bərabərdir.