Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərini qorumaq üçün hərbi texnika göndərəcək | Banco.az

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərini qorumaq üçün hərbi texnika göndərəcək

Müəllif:Mehin Qasımova,Banco.az

Fransa Prezidenti Emmanuel Makron Qırmızı dənizdə mühüm neft nəqli mərkəzi olan "Yanbu" limanını qorumaq üçün Səudiyyə Ərəbistanına qoşun, radar və müdafiə sistemləri göndərəcəyini açıqladı.

Banco.az xəbər verir ki, Fransa televiziyasına verdiyi müsahibədə Makron bildirib ki, İranın dəstəklədiyi Husilərin Yəmənin Yanbu şəhərinə raket hücumları səbəbindən bölgədə təhlükəsizlik kritik hala gəlib.

Makron göndəriləcək hərbi elementlərin heç bir münaqişədə iştirak etmək üçün deyil, enerji nəqlinin təhlükəsizliyini təmin etmək üçün istifadə ediləcəyini bildirib və əlavə edib ki, Fransa qışdan əvvəl neft və təbii qaz təchizatında fasilələrin qarşısını almaq üçün çalışır. Makron həmçinin Rusiyanın Avropaya qarşı düşmənçilik hərəkətlərini artırdığını iddia edib və Fransanın vacib infrastrukturunu dron və kiberhücumlardan qorumağa hazırlaşdığını bildirib.