Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən kreditlərin həcmi açıqlanıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat ayı ərzində 262,9 milyon manat kredit verilib.
Bu, 2025-ci ilin eyni dövrü ilə (304,7 milyon manat) müqayisədə 41,8 milyon manat və ya 13,7% azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 255 milyon manat (illik müqayisədə 10,8% az) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
