Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin sentyabr ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 62 milyard 475.9 mln. manat təşkil edib.
Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 12.2% artıb.
Belə ki, 1 sentyabr 2025-ci il tarixinə ölkə banklarının cəmi aktivləri 55 mlrd. 672.4 mln. manat olub.
Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 54 milyard 722.7 mln. manat, balans kapitalı 7 milyard 753.2 mln. manat olub.
Avqust ayında bankların cəmi aktivləri 2.5%, cəmi öhdəlikləri 2.6%, balans kapitalı isə 1.4% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
