Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında 637 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, ölkənin elektromobil idxalının dəyəri isə 16 milyon 550 min dollar olub. Hesabat dövründə elektromobil idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 775 ədəd, dəyər ifadəsində isə 27 milyon 739 min dollar və ya 62,6% azalıb.
Xatırladaq ki, 2025-ci ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 1 412 ədəd, dəyəri 44,3 milyon dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
