2018-ci ilin ikinci rübünü başa çatdırdıq, banklarımızın bir çoxu bu rübü mənfəətlə başa vuraraq səhmdarlarına əlavə gəlir qazandırdı. Bəzi banklar isə əldə etdiyi gəliri kapitalına investisiya edərək mənfəət əldə etmək əvəzinə kapitalını artırmağı üstün tutdu.
Gəlin görək, bu rüb ərzində xalis mənfəətinə görə bankların TOP 5-liyi necədir?
Qeyd edək ki, bu rüb ilk 5-likdəki bankların xalis mənfəəti 347 mln 595 min manatdır.
Bank |
Məcmu kapital |
Beynəlxalq Bank |
229 792 |
Nikoil Bank |
45 861 |
Kapital Bank |
41 673 |
Paşa Bank |
15 630 |
Unibank |
14 639 |
Gördüyümüz kimi, cədvəldə ən çox mənfəəti olan bank Beynəlxalq bankdır. O 229 mln 792 min manatla cədvələ rəhbərlik edir. TOP 5-likdə sonuncu yerdə isə 14 mln 639 min manatla Unibank dayanıb.
Bu rüb ən az xalis mənfəəti olan bank isə 30 min manatla Pakistan Milli Bankıdır.