WhatsApp istifadəçilərə yeni ARXA FON seçimləri təklif edir | Banco.az

WhatsApp istifadəçilərə yeni ARXA FON seçimləri təklif edir

Tamara Mustafayeva, Banco.az

Mesajlaşma tətbiqi WhatsApp istifadəçilərin hər söhbət üçün fərqli arxa fon seçməsinə imkan yaradacaq yeni funksiya üzərində işləyir.

Əvvəlki məqalərimizdən birində platformanın videoları səssiz göndərmək üçün yeni bir funksiyanı sınaqdan keçirdiyini xəbər vermişdik. İndi isə istifadəçilərə daha yaxşı söhbətləşmə imkanı yaratmaq üçün addım atmağa hazırlaşır.

Bu yenilik sayəsində istifadəçilər hər bir söhbət üçün fərqli arxa fon seçə biləcəklər. Həmçinin arxa fonlar tətbiqin tünd və ya açıq rejimlərdə istifadəsinə müvafiq avtomatik tənzimlənəcək. Məlum olduğu kimi, Android 10 və iOS 13 əməliyyat sistemlərində istifadəçilərə təqdim edilən ən böyük yenilik qaranlıq rejim funksiyasının aktivləşdirilməsi olmuşdu.

Sözügedən funksiya hazırda sınaq mərhələsindədir və bir neçə gün ərzində bütün istifadəçilərin bəyənisinə təqdim ediləcəyi gözlənilir. 

Şirkət yeni arxa fon seçimlərinə dair video çarx da yayımlayıb. İstifadəçilərə özəlləşdirmə imkanı yaradacaq arxa fon seçimlərinə aşağıdakı videodan nəzər sala bilərsiniz:

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: WhatsApp-da videoları səssiz göndərmək mümkün olacaq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et