WhatsApp-da videoları səssiz göndərmək mümkün olacaq | Banco.az

WhatsApp-da videoları səssiz göndərmək mümkün olacaq

Tamara Mustafayeva, Banco.az

WhatsApp platformasının Android beta versiyasında tətbiq edilən növbəti yeniləmədə videoların səssiz formada göndəriləcəyi aşkar edilib.

Bu yaxınlarda platformanın Android versiyası 2.20.207.2 səviyyəsinə yüksəldilib və bu versiyada videoların göndərilməsinə dair yeni bir funksiyanın olduğu görülür.

Bu yenilik sayəsində istifadəçilər hekayə və söhbətlərə göndərəcəkləri hər hansı bir videonun səsini kəsə biləcəklər. Məlum olduğu kimi, bu funksiya Twitter və Instagram platformalarında uzun müddətdir ki, aktivdir.

Yuxarıdakı şəkildən də göründüyü kimi, video göndərmə əməliyyatının icra edildiyi interfeysə səsucaldıcı düyməsi əlavə ediləcək. Buraya klikləməklə videoları səssizləşdirmək mümkün olacaq. Sözügedən funksiya fərdi və qrup söhbətlərində istifadə ediləcək.

WhatsApp-ın tətbiqin yeni versiyasını yaxın günlərdə istifadəçilərin bəyənisinə təqdim edəcəyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: WhatsApp alış-veriş funksiyasını aktivləşdirdi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et