İran və Tacikistan arasında neft sazişi imzalanıb | Banco.az

İran və Tacikistan arasında neft sazişi imzalanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İran və Tacikistan arasında neft sazişi imzalanıb.

Banco.az xəbər verir ki, İran və Tacikistanın neft sektorunda uzunmüddətli əməkdaşlığı nəzərdə tutan razılaşmaya gəldiyi bildirilir.

İran dövlət televiziyasına açıqlama verən Neft naziri Möhsün Paknejad bildirib ki, İranın neft məhsullarının ixrac mexanizminin qiymətləndirilməsi və Tacikistanın ehtiyac duyduğu xam neftin təmin edilməsi məqsədilə iki ölkə arasında razılaşma əldə olunub.

Xəbərdə qeyd olunub ki, saziş çərçivəsində İranın uzunmüddətli müqavilə əsasında Tacikistanın neft məhsullarına olan tələbatının bir hissəsini qarşılaması planlaşdırılır.

Razılaşmanın ikinci istiqaməti isə Tacikistandakı neft emalı zavodlarına xam neft tədarükünü nəzərdə tutur. Bu çərçivədə iki ölkə arasında əməkdaşlığın xam neft tədarükündən emal olunmuş neft məhsullarının ticarətinə qədər neft sektorunun müxtəlif mərhələlərini əhatə edəcək şəkildə genişləndirilməsi hədəflənir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram