Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonanın iyunda xarici ticarət profisiti 8,6 milyard avro olub.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) Avrozonanın və Avropa İttifaqının (Aİ) iyun ayına dair beynəlxalq ticarət göstəricilərini açıqlayıb.
Məlumata görə, Avrozonanın ixracı iyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artaraq 272,5 milyard avroya, idxalı isə 13,1 faiz yüksələrək 263,9 milyard avroya çatıb.
Beləliklə, Avrozonada iyun ayında 8,6 milyard avro həcmində xarici ticarət profisiti yaranıb. Avrozonada ötən ilin iyun ayında 4,8 milyard avro, may ayında isə 7,8 milyard avro xarici ticarət kəsiri qeydə alınmışdı.
Aİ-nin ixracı iyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artaraq 241,5 milyard avroya, idxalı isə 13,5 faiz yüksələrək 237,7 milyard avroya çatıb.
Beləliklə, Aİ iyun ayında 3,9 milyard avro həcmində xarici ticarət profisiti əldə edib. Aİ-də ötən ilin eyni ayında isə 5,2 milyard avro həcmində ticarət profisiti qeydə alınmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!
