Müəllif: Tamara Mustafayeva, Banco.az
“Rolls-Royce” və “Reliance” döyüş təyyarəsi mühərriki hazırlayacaq.
Banco.az xəbər verir ki, Hindistanın “Reliance Industries” şirkəti ölkənin döyüş təyyarəsi proqramı üçün mühərrik hazırlamaq və istehsal etmək məqsədilə Britaniyanın təyyarə mühərrikləri istehsalçısı “Rolls-Royce” ilə əməkdaşlıq etməyi planlaşdırdığını açıqlayıb.
Şirkətin cümə günü yaydığı açıqlamada tərəfdaşlığın Hindistanın beşinci nəsil və ən qabaqcıl gizli döyüş təyyarəsi üçün mühərrik hazırlanmasını hədəflədiyi bildirilib. “Qabaqcıl Orta Ölçülü Döyüş Təyyarəsi” (AMCA) kimi tanınan proqram çərçivəsində prototipin 2028-ci ildə istifadəyə verilməsi gözlənilir.
Tərəfdaşlıq çərçivəsində “Reliance Industries” və “Rolls-Royce”un Hindistanda xüsusi aviasiya qaz turbinləri kompleksi yaradılması imkanını da nəzərdən keçirəcəkləri bildirilib.
“Reliance”in İdarə Heyətinin üzvü Anant Ambani bildirib: “'Rolls-Royce' ilə məqsədimiz onların qabaqcıl mühərrik sistemləri sahəsində dünya səviyyəli təcrübəsini 'Reliance'ın texnologiya, istehsal, miqyas və tətbiq imkanları ilə birləşdirərək Hindistanda yerli aviasiya mühərriki ekosistemi yaratmaqdır.”
Bizi sosial şəbəkələrdən izləyin!!
