Müəllif: Tamara Mustafayeva, Banco.az
“Fitch” İngiltərənin kredit reytinqini təsdiqləyib.
Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” İngiltərənin uzunmüddətli kredit reytinqini “AA-” səviyyəsində təsdiqləyib.
“Fitch”in açıqlamasında İngiltərənin uzunmüddətli kredit reytinqinin “AA-” səviyyəsində, reytinq üzrə proqnozun isə “sabit” olaraq saxlanıldığı bildirilib.
Açıqlamada qeyd olunub ki, İngiltərənin kredit reytinqi yüksək gəlirli, iri, şaxələndirilmiş və dayanıqlı iqtisadiyyat, etibarlı makroiqtisadi siyasət çərçivəsi, dərin kapital bazarlarının təmin etdiyi maliyyələşdirmə çevikliyi və funt sterlinqin beynəlxalq ehtiyat valyutası statusu ilə dəstəklənir. Bununla yanaşı, ölkənin yüksək dövlət və xarici borcunun kredit göstəricilərinə təzyiq yaratdığı vurğulanıb.
Açıqlamada Endi Börnhəmin baş nazir vəzifəsinə keçməsinin son 10 ildən bir qədər artıq müddətdə ölkədə baş verən altıncı hakimiyyət dəyişikliyi olduğu qeyd edilib. Bildirilib ki, qanunvericilik dövrünün qalan hissəsində daha yüksək siyasi sabitliyin təmin olunacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
