WhatsApp-da buraxılan qrup zənglərinə sonradan qoşulma funksiyası aktivləşdirildi | Banco.az

WhatsApp-da buraxılan qrup zənglərinə sonradan qoşulma funksiyası aktivləşdirildi

Tamara Mustafayeva, Banco.az

WhatsApp qrup zəngləri üçün yeni funksiya əlavə edib.

Son dövrlərdə, xüsusən də pandemiya əsnasında video və audio zənglərin əhəmiyyəti daha da artıb. 

WhatsApp platforması da bu faktı nəzərə alaraq müntəzəm formada yeni addımlar atmağa davam edir. Məlum olduğu kimi, bu platforma vasitəsilə qrup zəngləri də həyata keçirilir. Hətta pandemiyanın başlaması ilə 4 nəfərlik qrup zənglərində iştirak sayı 8-ə yüksəldilmişdi. İndi isə Android beta versiyasına qrup zəngləri ilə bağlı daha yeni bir funksiya gəlib. Belə ki, yaxın günlərdə qrup zənglərini buraxan istifadəçilər bu videozənglərə daha sonra qoşula biləcəklər.

WhatsApp

Platforma bu funksiyadan faydalanmaq üçün istifadəçilərə qrup zənglərinə sonradan qoşula biləcəkləri müvafiq pəncərə göstərəcək. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: WhatsApp istifadəçiləri artıq bildirişləri birdəfəlik səssizləşdirə biləcəklər

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et