WhatsApp istifadəçiləri artıq bildirişləri birdəfəlik səssizləşdirə biləcəklər | Banco.az

WhatsApp istifadəçiləri artıq bildirişləri birdəfəlik səssizləşdirə biləcəklər

Tamara Mustafayeva, Banco.az

WhatsApp platformasında söhbətlər bölməsindəki bildirişləri daimi olaraq səssizləşdirmək funskiyası sınaqdan keçirilir. 

Məlum olduğu kimi, WhatsApp platforması vasitəsilə fərdi və qrup söhbətləri həyata keçirilir. Bu söhbətləri istifadəçilər arzu etdikləri təqdirdə səssiz edə bilirlər. Ancaq mesajlaşma tətbiqi bunun üçün müəyyən vaxt məhdudiyyəti tətbiq edir.

Banco.az WABetaInfo portalına istinadən bildirir ki, WhatsApp-da söhbətləri artıq birdəfəlik səssizləşdirmək mümkün olacaq.

Düşünülür ki, WhatsApp bu yeni funksiyanı 2.20.197.3 versiyası ilə bütün istifadəçilərin ixtiyarına verəcək. Sözügedən funksiyanın hazırda istifadə edilən beta versiyasında aktivləşdirilmədiyi də qeyd edilir. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: WhatsApp vasitəsilə PUL GÖNDƏRMƏK funksiyası istifadəyə verildi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et