“Virgin Galactic”in kosmosa kommersiya uçuşları ayın axırı başlayacaq - QİYMƏT | Banco.az

“Virgin Galactic”in kosmosa kommersiya uçuşları ayın axırı başlayacaq - QİYMƏT

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Virgin Galactic” şirkəti kosmosa kommersiya uçuşlarını bu aydan etibarən həyata keçirəcək.

Banco.az xəbər verir ki, ingilis iş adamı Riçard Bransonun kosmos səyahətlər xidməti təklif edən “Virgin Galactic” şirkəti kosmik fəzaya ilk kommersiya uçuşunun iyunun sonuna qədər reallaşacağını açıqlayıb.

Belə ki, şirkət 27-30 iyun tarixləri arasında "Galactic 01" adlı ilk kommersiya uçuşunu həyata keçirməyi planlaşdırdırır.

“Virgin Galactic”dən edilən açıqlamaya görə, Yer atmosferi ilə kosmos arasında sərhəd kimi qəbul edilən “karman xətti”nə təşkil olunacaq uçuş sıfır cazibə mühitində təcrübələr aparmaq məqsədi ilə həyata keçiriləcək və uçuşda İtaliya Hərbi Hava Qüvvələri və İtaliya Milli Araşdırma Şurasının 3 üzvü iştirak edəcək.

Qeyd edək ki, 80 kilometr yüksəklikdən kosmosu izləmək və bir neçə dəqiqəlik sıfır cazibə mühitində olmaq imkanı təqdim edən uçuş ekspedisiyaları üçün indiyədək hər biri 450 min dollardan 800 bilet satılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram