UK Avropanın ən zəif oğlanıdır, ya necə? | Banco.az

UK Avropanın ən zəif oğlanıdır, ya necə?

Britaniya iqtisadiyyatı 2017-ci ilin əvvəlində ehtimal ediləndən daha ciddi zəifləyib, istehlakçılar inflyasiyanın təsirlərini, ixracatçılar isə funtun ucuzlaşmasının fəsadlarını yaşayır, bütün bunlar isə Brexit seçkilərinin nəticəsidir.

Ötən dördüncü gün, Brexitin bir ilinin tamam olmasına iki həftə qalmış, rəsmi məlumatlar açıqlandı, rəqəmlər Avropanın iqtisadiyyatı sürətlənən bir çox ölkəsi ilə ziddiyyət təşkil edir.

Baxmayaraq ki,  işlə təmin olunma səviyyəsi özünün rekord yüksəkliyindədir, ölkə iqtisadiyyatı Avropa İttifaqını tərk etmək qərarının nəticələrini artıq hiss etməyə başlayıb.

2017-ci ilin ilk rübündə ÜDM-in artımı çox zəif 0,2% olub. 2016-nın sonlarında bu rəqəm 0,7% idi. Dövlət Milli Statistika Komistəsinin təxminləri isə 03% olub.

Müqayisə üçün Almaniya iqtisadiyyatı bu müddətdə 0.6%, Yaponiya isə 0,5% böyüyüb. Dərc olunan məlumatlar İspaniya iqtisadiyyatının belə sürətlənməsini göstərir.

"Bu mərhələdə UK-i Avropanın xəstə adamı adlandırmaq hələ tezdir”, City Index maliyyə şirkətinin təhlilçisi Kathleen Brooks söyləyib. ” Amma daha bir rübdə qeydə alınacaq zəif rəqəmlər bu “rütbəni” haqlı çıxaracaq”.

Inflyasiya yüksək həddədir 2.7%. Brexitdən əvvəl bu göstərici 0,5% olub. Bu isə Britaniya iqtisadiyyatının əsas mühərriki olan istehlakçı tələbinə zərbə endirib.

Valyuta ucuzlaşması

Lakin keçirilən rəy sorğuları göstərir ki, Britaniyalılar Aİ-ni tərk etmək qərarından heç də peşman deyillər. Həmçinin sorğular göstərir ki, Baş Nazir Tereza May, 8 iyunda keçirilən parlament seçkilərində çoxluq qazancaq. O isə öz seçki qabağı kampaniyasında Aİ-dən yaxşı sövdə ilə ayrılmağı ön plana çəkir, iqtisadiyyat isə nisbətən arxa planda qalır.

Britaniya, hələ də Aİ-nin üzvü olduğundan, ötən il iyunun11-də olan səsvermənin ən böyük mənfi təsiri özünü ölkənin valyutasının, funt sterliqin digər əsas valyutalara nisbətdə 11% ucuzlaşmasında göstərib.

İlk öncə istehlakçılar inflyasiyanın təsirindən təcrid olunmuşdu. Lakin, zəif valyuta ehtimalına qarşı hedc olunmuş pərakəndəçilər indi daha yüksək qiymətlərə keçid edib.

Lakin, ixracatçılar xaricdə daha ucuz satmaq imkanından elə də böyük mənfəət əldə edə bilməyib.

İxrac həcmi ilk rübdə, ötən ilin sonundaki 4,6% artımla müqayisədə 1,6%-ə enib.

Ən pozitiv xəbər isə 2015-ci ildən bəri ilk dəfə biznes investisiyalarında artım olub.

İngiltərə Bankı ehtimal edir ki, bu il iqtisadi artım 1,9% təşkil edəcək. Əksər iqtisadçılar rəqəmin daha zəif olacağını güman edir və hətta yüksək inflyasiya templərində belə, uçot dərəcəsinin artırılma ehtimalını görmür.

İqtisadiyyatın böyüməsi ilə bağlı uzunmüddətli proqnoz isə naməlumdur. 

Könül Soltanova, Banco.az