Tramp: Noyabrın 1-dən Çinə qarşı 155 faizlik rüsumlar tətbiq ediləcək | Banco.az

Tramp: Noyabrın 1-dən Çinə qarşı 155 faizlik rüsumlar tətbiq ediləcək

ABŞ prezidenti Donald Tramp Hindistanda qeyd olunan Divalini qeyd etmək üçün Ağ Evdə Hindistan nümayəndələri ilə görüşüb.

Banco.az xəbər verir ki, Tramp  cari hadisələrlə bağlı açıqlamalar verib.

ABŞ prezidenti Donald Tramp 1 noyabrdan etibarən Çinə 155 faizlik tarif tətbiq olunacağını bildirərək  Çinə tətbiq edilən vergi dərəcəsini artıracaqlarını bildirib. 

Ağ Evdəki mənbələrin hazırda gündəmdə olmadığını bildirdiyi Putinlə görüşün mümkünlüyü ilə bağlı sualı cavablandıran Tramp deyiv ki, ənasız bir görüş keçirmək istəmirəm.

"Vaxtımı itirmək istəmirəm. Ona görə də nə olacağını görəcəm" , - Ağ ev rəhbəri deyib.

Rusiya və Ukraynanın həftədə 5-7 min əsgər itirdiyini xatırladan Tramp nə olacağını görəcəyik deyib.

Buna baxmayaraq, Tramp hələ bir qərar verməmişik deyərək Putinlə görüş ehtimalının baş verə biləcəyinə eyham vurub.