Azərbaycana fındıq ixracından daxil olan valyuta 21%-dən çox artıb | Banco.az

Azərbaycana fındıq ixracından daxil olan valyuta 21%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-iyul aylarında 100 milyon 233 min dollar dəyərində 8 min 893 ton meşə fındığı ixrac edib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, ölkənin meşə fındığı ixracı illik müqayisədə dəyər baxımından 17 milyon 743 min dollar və ya 21,5% artıb, həcm ifadəsində isə 2 min 544 ton və ya 22,2% azalıb.

Qeyd edək ki, ötən ilin eyni dövründə ölkənin meşə fındığı ixracının dəyəri 82,5 milyon dollar, həcmi isə 11,4 min ton olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram