Təyyarə ilə Azərbaycana giriş-çıxış məhdudiyyəti yumşaldılıb | Banco.az

Təyyarə ilə Azərbaycana giriş-çıxış məhdudiyyəti yumşaldılıb

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik edilib.

Baş nazir Əli əsədov bununla bağlı qərar imzalayıb.

Hava nəqliyyatı vasitəsilə aşağıdakı şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

- Azərbaycan vətəndaşlarına, həmçinin diplomatik pasport sahiblərinə, Azərbaycanda xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinə, əməkdaşlarına və onların ailə üzvlərinə, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə və onların ailə üzvlərinə (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları,

habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları),

habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti

yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş şəxslərə

münasibətdə – müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl

72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ

nəticəsini təsdiq edən sənəd əsasında;

Ən sərfəli kredit üçün müraciət et

2.5-2-1.2. yaxın qohumu Azərbaycan Respublikasının

vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya

övladı, babası, nənəsi və nəvəsi) olan əcnəbilərə və vətəndaşlığı

olmayan şəxslərə, o cümlədən onların ailə üzvlərinə (əri, arvadı,

valideynləri, uşaqları) münasibətdə – qohumluq dərəcəsini təsdiq

edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a

dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et