İnformasiya və rabitə sektorunda orta maaş 2 134 manata çatıb | Banco.az

İnformasiya və rabitə sektorunda orta maaş 2 134 manata çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-may aylarında Azərbaycanda informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı 2 133,6 manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici dövlət sektorunda 1 916 manat, özəl sektorda isə 2 268,7 manat olub.  

2025-ci ilin eyni dövründə informasiya və rabitə sahəsində dövlət sektorunda maaşlar 1 564,9 manat, özəl sektorda isə 2 100,8 manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram