Müəllif: Gülnar Əhmədli, Banco.az
Dünyanın restoran sənayesində ABŞ şirkətləri üstünlük təşkil edir. 2026-cı ilin iyul ayına olan bazar kapitallaşması göstəricilərinə əsasən, ən dəyərli restoran şəbəkələri arasında McDonald’s böyük fərqlə liderdir. Məlumatlar CompaniesMarketCap-ə əsaslanır və siyahıya yalnız birjada açıq şəkildə satılan şirkətlər daxil edilib.
Banco.az xəbər verir ki, McDonald’s 195,1 milyard dollarlıq bazar kapitallaşması ilə ikinci sıradakı Chipotle Mexican Grill-i (45,2 milyard dollar) 4 dəfədən çox qabaqlayır. İlk üçlüyü 45,1 milyard dollarla Yum! Brands tamamlayır.
Bazar kapitallaşmasına görə ən dəyərli 10 restoran şirkəti:
- McDonald's (ABŞ) - 195,1 milyard dollar
- Chipotle Mexican Grill (ABŞ) - 45,2 milyard dollar
- Yum! Brands (ABŞ) - 45,1 milyard dollar
- Restaurant Brands International (Kanada) - 34,3 milyard dollar
- Darden Restaurants (ABŞ) - 23,4 milyard dollar
- Yum China (Çin) - 14,8 milyard dollar
- Texas Roadhouse (ABŞ) - 12,5 milyard dollar
- Domino's Pizza (ABŞ) - 10 milyard dollar
- Zensho Holdings (Yaponiya) - 8,5 milyard dollar
- CAVA Group (ABŞ) - 8,4 milyard dollar
McDonald’s 1940-cı ildə ABŞ-ın Kaliforniya ştatında yaradılıb və hazırda dünya üzrə 40 mindən çox restorana malikdir. Ümumilikdə, ilk 20-likdə 11 ABŞ şirkəti yer alır. ABŞ-dan kənarda ən yüksək nəticəni 34,3 milyard dollar bazar kapitallaşması ilə Kanadanın Restaurant Brands International şirkəti göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!
