Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-iyun aylarında 1 milyard 366 milyon 977 min dollarlıq yeyinti məhsulları idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9% və ya 87 milyon 838 min dollar artıb.
Məlumata görə, 2025-ci ilin ilk 6 ayında idxal edilən yeyinti məhsullarının dəyəri 1 milyard 279 milyon 140 min dollar olub.
Qeyd edək ki, bu il idxal edilən yeyinti məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi isə 16,39% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
