Müəllif - Aida İsaq, Banco.az
Telefona zəng gələn zaman ekranın kilidə düşməsi ilə hər birimiz qarşılaşmışıq. Bu bir qədər əsəbləri korlasa da, amma bu problemin həll yolu çox sadədir. Sadəcə olaraq tənzimləmələr bölməsinə daxil olaraq bir neçə funksiyaları aktivləşdirmək lazımdır. Banco.az prosesin gedişatını təqdim edir.
- Telefon tənzimləmələrinə daxil olun
- Home düyməsinin solundakı seçimləri göstərən düyməni basın(və ya yuxarıdakı 3 nöqtəli nişana toxunun)
- Parametrlər bölməsinə girin
- Zəng parametrləri bölməsindən zəng zamanı ekranı avtomatik söndür funksiyasını aktivləşdirin.
Ancaq bununla proses yekunlaşmır. Sonra telefonunuzun parametrlərinə keçid edərək ekranın yuxu rejiminə keçmə vaxtını təyin etməlisiniz. Bunun üçün:
Parametrlər bölməsinə daxil olun
Ekrana toxunun
Yuxu rejimi bölməsinə daxil olun
Ekranı söndürmə vaxtını uzat
Kilid düyməsini basdıqdan sonra ekranınızın birbaşa kilidlənməməsini təmin etməlisiniz.
- Prosesi bitirdikdən sonra;
- Parametrlərə gedin
- Təhlükəsizlik və kilidi ekranına toxunun
- Avtomatik olaraq vaxtı 1 dəqiqəyə qədər uzadın
Beləliklə yuxarıda qeyd olunanlara əməl edərək işinizi asanlaşdıra bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!