Müəllif:Ayşən İmanova/Banco.az
Tayvanda baş verən zəlzələlər qlobal yarımkeçirici istehsalının təxminən beşdə birinə, eləcə də qlobal hesablama maşınları ixracının onda birinə təsir göstərib.
Banco.az xarici mediaya istinadən xəbər verir ki, bu zərər 60 milyon dollar qiymətləndirilir.
Məlumata görə, Tayvanın aparıcı yarımkeçirici istehsalçısı TSMC işçiləri adadakı fabriklərdən evakuasiya edir.
Qeyd edək ki, Tayvan dünyada ikinci ən böyük mikroçip satıcısıdır. Ada 2023-cü ildə bunun 166,6 milyard dollarını təmin edib ki, bu da dünya ixracının 16%-ni təşkil edir.
Xatırladaq ki,çərşənbə günü səhər bölgədə bir sıra güclü zəlzələlər baş verib. Onlardan ən güclülərinin maqnitudası 7,7-dir. İndiyədək yanğınsöndürmə xidmətləri 711 itki barədə məlumat verib.
Bizi sosial şəbəkələrdən izləyin!!