Strateji Yol Xəritələrinin monitorinqi ildə iki dəfə aparılacaq | Banco.az

Strateji Yol Xəritələrinin monitorinqi ildə iki dəfə aparılacaq

"Strateji Yol Xəritələrinin monitorinq qiymətləndirilməsi hər altı aydan bir aparılacaq. Bu qiymətləndirmə bütün indikatorları əhatə edəcək".

Bunu Stateji Yol Xəritələrinin ilk 6 ay ərzində icrasının monitorinqi ilə bağlı keçirilən tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlının sözlərinə görə, monitorinq qiymətləndirmə həmçinin illik də aparılacaq: "Strateji Yol Xəritəsində Kiçik və Orta Sahibkarlıqla bağlı işlərin artıq 6%-i tamamlanıb, 42%-nin isə icracına başlanılıb". 

Ən sərfəli kredit üçün müraciət et

"Bu ilin ilk yarısında ölkəyə gələn turistlərin sayı 24% artıb. Xarici şəxslərin bank əməliyyatları isə 93% artıb. Bu ilin ilk 8 ayında qeyri-neft ixracı 855 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% çoxdur", - deyə Mərkəz rəhbəri bildirib.

Mənbə: Report.az