Dünya bazarında neft qiymətləri həftənin son ticarət günündə yenidən artım nümayiş etdirib.
Banco.az xəbər verir ki, ICE Futures birjasında sentyabr tədarükü üzrə Brent markalı neftin fyuçersləri 0,31 dollar və ya 0,41% bahalaşaraq bir barel üçün 76,61 dollara yüksəlib.
Bundan əvvəlki ticarət sessiyasında isə Brent nefti 1,72 dollar və ya 2,2% ucuzlaşaraq 76,30 dollara enmişdi.
New York Ticarət Birjası (NYMEX)-də avqust tədarükü üzrə WTI markalı neftin fyuçersləri də 0,32 dollar və ya 0,44% artaraq 72,40 dollar olub.
Əvvəlki sessiyada WTI neftinin qiyməti 1,44 dollar və ya 2% azalaraq 72,08 dollara düşmüşdü.
Reuters agentliyinin hesablamalarına görə, həftə ərzində Brent markalı neftin qiyməti təxminən 6%, WTI markalı neftin qiyməti isə 5% artım göstərə bilər.
