ABŞ-da mövcud ev satışları iyun ayında azalıb | Banco.az

ABŞ-da mövcud ev satışları iyun ayında azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da mövcud ev satışları iyun ayında azalıb.

Banco.az xəbər verir ki, ABŞ Milli Rieltorlar Assosiasiyasının (National Association of Realtors) cümə axşamı açıqladığı məlumata görə, ötən ay ikinci əl mənzil satışları 2,4 faiz azalaraq illik hesabla 4,09 milyon ədədə enib.

“Bloomberg”in iqtisadçılar arasında keçirdiyi sorğuda satışların 1 faiz artacağı proqnozlaşdırılmışdı. Əvvəlki ay isə ikinci əl mənzil satışları 3,4 faiz artmışdı.

Assosiasiyanın məlumatına əsasən, ötən ay ikinci əl mənzillərin median satış qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq rekord hədd olan 440 min 600 dollara çatıb. Qiymətlər artmaqda davam etsə də, artım tempi bir neçə il əvvəl müşahidə olunan yüksəlişlə müqayisədə xeyli zəifdir.

Assosiasiyanın baş iqtisadçısı Lourens Yun bildirib: “Mənzil kreditləri üzrə faiz dərəcələrindəki cüzi dəyişikliklərin aylıq mənzil satışlarında yaratdığı eniş-yoxuşlar alıcıların mənzilin əlçatanlığına nə qədər həssas yanaşdığını göstərir”. Yun əlavə edib ki, son dövrdə məşğulluğun artması mənzil bazarını dəstəkləməyə davam edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram