“Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi növbəti dəfə “PAŞA Bank”ın yüksək reytinqini təsdiqləyib | Banco.az

“Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi növbəti dəfə “PAŞA Bank”ın yüksək reytinqini təsdiqləyib

Azərbaycanın aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”ın fəaliyyəti beynəlxalq ekspertlər icması tərəfindən növbəti dəfə yüksək qiymətləndirilib.

Belə ki, “Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi Bankın kredit reytinqini açıqlayıb. Qiymətləndirməyə əsasən “PAŞA Bank”ın uzunmüddətli kredit reytinqi "B+", qısamüddətli reytinqi isə “b+” səviyyəsində təsdiq olunub. Reytinq üzrə proqnoz isə “sabit” olaraq saxlanılıb.

“PAŞA Bank”ın güclü biznes mövqeyi, böyük likvidlik ehtiyatları və yüksək gəlirliliyi “Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi tərəfindən yüksək reytinq və sabit proqnozla qiymətləndirilmənin əsas təminatçısı olub.

Qeyd edək ki, bu reytinq Azərbaycan bankları arasında ən yüksək reytinqlərdən biridir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et