Müəllif: Tamara Mustafayeva, Banco.az
“SpaceX”də yeni bazaya investisiya planı.
Banco.az xəbər verir ki, “SpaceX” Luiziana ştatının qubernatoru Ceff Lendri ilə əldə olunan razılaşma çərçivəsində ştatın cənubunda yeni “Starship” buraxılış kompleksi inşa edəcəyini açıqlayıb.
Vermilion dairəsində təklif olunan ərazinin yaxınlığında qubernator Ceff Lendri və ştatın yüksək vəzifəli rəsmilərinin iştirakı ilə keçirilən genişmiqyaslı tədbirdə elan edilən layihə təxminən 50 min 585 hektar, yəni 125 min akr ərazini əhatə edir.
Manhetten ərazisindən səkkiz dəfə böyük olan sahilyanı bataqlıq ərazidə inşa ediləcək kosmodromun yanacaq istehsalı müəssisələri, elektrik stansiyaları, dərin dəniz nəqliyyatı imkanları, kosmik aparatların hazırlanması və emalı müəssisələri, eləcə də xüsusi hava limanını özündə birləşdirən tammiqyaslı və özünü təmin edən kompleksə çevrilməsi planlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!
