Müəllif:Mehin Qasımova,Banco.az
Kanada ABŞ-ın tarif siyasətinə cavab olaraq sentyabrın 8-dən etibarən bir sıra Amerika mallarına 15%, 25% və 50% həcmində rüsum tətbiq edəcək.
Banco.az xəbər verir ki, Kanada Maliyyə Nazirliyinin açıqlamasına görə, yeni cavab tarifləri ümumi dəyəri təxminən 20 milyard dollar olan ABŞ mallarını əhatə edəcək. Rüsumlar avtomobil və motosikletlərə, məişət texnikasına, kənd təsərrüfatı avadanlıqlarına, elektrik cihazlarına, kağız və kartona şamil olunacaq.
Polad, alüminium və bu materiallardan hazırlanan məhsullara tətbiq edilən tariflər isə 25%-dən 50%-ə qədər artırılacaq.
Kanada hökuməti eyni zamanda ABŞ-ın tariflərindən zərər çəkən işçilər və müəssisələr üçün 5,4 milyard dollarlıq dəstək paketi açıqlayıb. Paket çərçivəsində işsizlik müavinətlərinə və bizneslər üçün kredit proqramlarına çıxışın asanlaşdırılması nəzərdə tutulur.
